Modern.az

Bakının 84 məktəbində monitorinq keçirilib

Bakının 84 məktəbində monitorinq keçirilib

Təhsil

8 İyun 2022, 14:32

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 2021-2022-ci tədris ilində 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, ilkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.

 

Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir