Modern.az

Jurnalistlər nazir və komitə rəhbərlərinə müraciət etdi

Jurnalistlər nazir və komitə rəhbərlərinə müraciət etdi

28 Fevral 2013, 17:31

Parlament Jurnalistlər Birliyi (PJB) bütün nazirlik və dölət komitələrinə məktubla müraciət edib.

Bu barədə qurumun sədri Elşad Eyvazlı məlumat verib.

O, qeyd edib ki, müraciətdə əsas məqsəd ayrı-ayrı nazir və komitə rəhbərləri ilə jurnalistlərin görüşünü təşkil etmək, onlardan müsahibələr almaqdır: “Müraciətdə bunun üçün zaman ayrılması xahiş edilib. Əminik ki, müraciət ünvanladığmız nazirlər və komitə rəhbərləri bu məsələyə müsbət yanaşacaq, bizimlə görüşə razılıq verəcəklər. Çünki bu, dövlət qurumlarının rəhbərlərinin maraqlarına da xidmət edəcək. Belə görüş bəzi nazirlər barədə mətbuatda yer alan müxtəlif yanlışlıqları da aradan qaldıracaq. Bu layihə jurnalistlərimiz üçün də əhəmiyyətli olacaq. Müraciətimizə müsbət cavab veriləcəyi təqdirdə media nümayəndələri onları maraqlandıran suallara cavab ala biləcəklər.

Biz məsələnin həll olunacağına inanırıq”.

 Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi