Modern.az

Füzulinin icra başçısı: “2012-ci il füzulililərin yaddaşında qalacaq”

Füzulinin icra başçısı: “2012-ci il füzulililərin yaddaşında qalacaq”

28 Fevral 2013, 17:40

Fevralın 28-ə Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra  Hakimiyyətinin 2012-ci ilin sosial-iqtisadi  inkişafinin  yekunlari  və  2013-cü ildə qarşida duran vəzifələrə hədr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov, rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, idarə, təşkilat rəhbərləri, məktəb direktorları, ərazidəki cra nümayəndələri, bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri iştirak edib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2012-ci  ilin  sosial – iqtisadi  inkişafinin  yekunlari  və  2013-cü ildə qarşida duran vəzifələrə həds olunmuş məruzə ilə çıxış edib. Alı Alıyev bildirdi ki, Azərbaycanın 2003-cü ildən başlanan və fasiləsiz dinamika ilə müşahidə olunan inkişaf tempi bütün dünyanın diqqətini özünə cəlb edərək, hazırda beynəlxalq aləmdə maraqla izlənilir. İcra başçısı qeyd etdi ki, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti nəticəsində mümkün olmuşdur.
“Qazanılan  uğurlar  əldə edilən nailiyyətlər  cənab  İlham  Əliyevin  düzgün  daxili  və  xarici  siyasətinin,  məqsədyönlü  fəaliyyətinin  bəhrəsidir. Bütün ölkə ictimaiyyəti kimi biz füzulilər cənab  İlham  Əliyevin hər  bir  uğuru  ilə  fəxr  edir,  qurur  hissi  keçiririk”-deyə A.Alıyev vurgulayıb. A.Alıyev qeyd edib ki, tarixə çevrilmiş 2012-ci il əlamətdarlığı ilə füzulililərin yaddaşında qalacaq. “Əvvəlki illərin uğurlu davamı kimi iqtisadiyyatda, mədəniyyətdə, abadlıq-quruculuq işlərində irəliləyişlər olmuş, hər sahədə yadda qalan nəticələr qazanılmışdır. Təbii ki, füulililər üçün yola saldığımız 2012-ci il ölkə başçısı cənab prezident İlham Əliyevin Füzuli rayonuna bu gün də yaddan çıxmayan əlamətdar səfəri ilə bağlı hadisədir.” Alı Alıyev bildirib ki, prezident İlham Əliyev dekabrın 15-də rayonda olmuş, son bir il yarım ərzində Horadiz şəhərində və ərazidə tikilmiş 10- yeni obyektin açılışında iştirak edib. “Cənab İlham Əliyev Horadiz şəhərində tikilmiş Heydər Əliyev Parkı, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatı üçün inzibati bina, Gənclər Mərkəzi, Rayon Mədəniyyət Sarayı, Şahmat Mərkəzi, 240 şagird yerlik Horadiz şəhər 3 nömtrəli tam orta məktəb, Əhmədbəyli kəndi ərazisində  tikilmiş 5 min ton məhsul saxlayan soyuducu anbar binası, Yuxarı Qarabağ kanalının Bala Bəhmənli kəndinin ərazisindən keçən hissəsində 25 meqavat gücü olan Füzuli Su Elektrik Stansiyasının (SES) birinci növbəsinin açılışında iştirak etmişdir. Prezident görülmüş işləri yüksək qiymətləndirib”-deyə icra başçısı qeyd edib. Tədbirdə çıxış edən deputat Bahar Muradova hesabat yığıncağının ölkədə gedən sosial-iqtisadi inkişafı, o cümlədən regionlarda aparılan işləri əhatə etdiyini bildirib. B.Muradova qeyd edib ki, ölkənin imkanları artdıqca regionlara da diqqət artır, görülən işlərin miqyası genişlənir. B.Muradova prezident İlham Əliyevin Füzuli rayonuna, füzulilərə diqqət və qayğısından söz açıb. Bildirib ki, füzulililər bu etimadı doğrultmalı ölkə başçısının ətrafında daha sıx birləşməlidirlər. 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir