Modern.az

Mübariz Qurbanlıdan Eldar Namazova ittiham: “Onlar mənasız işlərlə məşğuldur”

Mübariz Qurbanlıdan Eldar Namazova ittiham: “Onlar mənasız işlərlə məşğuldur”

Təhsil

28 Fevral 2013, 17:43

“El” Hərəkatının yaxın vaxtlarda təsis edilməsi ilə bağlı mətbuatda geniş məlumatlar yazılır. Bu hərəkata Ziyalılar Forumunun həmtəsisçilərindən biri, forumun üzvü Eldar Namazovun rəhbərlik edəcəyi gözlənilir. Bu yaxınlarda fəaliyyətə başlayacaq hərəkatla bağlı fikirlər birmənalı qarşılanmır. Hərəkat barədə səslənən politoloq rəylərində bunun Rusiyanın siyasətinin tərkib hissəsi olduğu öz əksini tapıb. Həmçinin bu təşkilatı yaradan şəxslərin siyasi səriştəsizliyi və təcrübəsizliyi haqqında da politoloji şərh səslənib. 2013-cü il prezident seçkisi ərəfəsində bu hərəkatın yaranması nədən xəbər verir? Bu yeni siyasi qüvvə ola bilərmi?

Modern.az bu suallara YAP-dan da münasibət öyrənib. YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ətraflı şərh verməsə də, sadəcə bu işləri mənasız adlandırıb.

“Kim nə iş görür, partiya və yaxud təşkilat, hərəkat yaradır, bunun fəaliyyəti bizi qətiyyən maraqlandırmır. Çünki biz bilirik ki, onlar mənasız işlərlə məşğuldurlar”, – deyə M. Qurbanlı qeyd edib.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!