Modern.az

Dövlət Komitəsi Fransadakı fəalların müdafiəsinə qalxdı

Dövlət Komitəsi Fransadakı fəalların müdafiəsinə qalxdı

28 Fevral 2013, 17:44

Diasporla İş üzrə Dövlət Komitəsi Parisdəki səfirliklə birgə fevralın 26-da Fransada Azərbaycan diasporunun üzvü Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun hüquqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Komitədən Modern.az-a verilən məlumata görə, Fransa parlamentinin binasında baş verən hadisə ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyinin sərt bəyanatları, öz vətəndaş və soydaşlarına sahib çıxması Fransa tərəfini məsələyə ciddi yanaşmağa vadar edib.   Hazırda faktla bağlı Fransa Jandarmeriyası təhqiqatlar aparır. Ən son məlumatlara görə, bu gün Fransa parlamentində Sumqayıt hadisələri ilə bağlı tədbirin təşkilatçıları, həmçinin Mirvari Fətəliyeva və Vüsal Hüseynova hücum edənlər dindiriləcək.

Qeyd edək ki, Fransada yaşayan ermənilərin baş vermiş hadisə ilə bağlı bu gün Parisdəki Azərbaycan səfirliyi qarşında etiraz aksiyası keçirməsinə icazə verilməyib. İnsidentlə əlaqədar yerli hakimiyyət orqanları müəyyən müddət ərzində nə Azərbaycan, nə də erməni icmalarına Fransada hər hansı aksiya keçirməsinə icazə verməyəcək.  

 

Aytən Əliyeva

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi