Modern.az

Qənirə Paşayeva Türkiyə telekanalları və qəzetlərinə danışıb

Qənirə Paşayeva Türkiyə telekanalları və qəzetlərinə danışıb

Aktual

28 Fevral 2013, 17:39



Millət vəkili Qənirə Paşayeva Türkiyənin TRT, TRT Türk, TRT Haber, TRT Avaz, Kanal A, TV NET, NTV, İHA  TV kanallarında və qəzetlərinə müsahibəsində Xocalı soyqırımı, bu soyqırımın tanınması istiqamətində görülən və görülməsi planlaşdırılan işlər barədə danışıb. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Xocalı soyqırımı, Dağlıq Qarabağ problemi bütün Türk dünyasının problemidir – Q.Paşayeva belə deyib.

Millət vəkili Qənirə Paşayeva “ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı soyqırımını unutmayacağıq və unutdurmayacağıq” deyib.
Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd edib.
Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır