Modern.az

Saakaşvili Vasif Talıbovla görüşüb

Saakaşvili Vasif  Talıbovla görüşüb

Təhsil

28 Fevral 2013, 18:23

Fevralın 28-də Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb. Modern.az-ın AzəTac-a istinadən verdiyi xəbərə görə, Gürcüstan Prezidentini Azərbaycanın qədim Naxçıvan diyarında salamlamaqdan məmnun olduğunu bildirən Ali Məclisin sədri muxtar respublikanın statusu, ərazisi, əhalisi, idarəetmə quruluşu, elm və təhsil müəssisələri, sosial-iqtisadi inkişafı barədə ali qonağa ətraflı məlumat verib.

Vasif Talıbov bildirib ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənən Azərbaycan-Gürcüstan dostluq əlaqələri çərçivəsində ölkələrimizin muxtar qurumları olan Naxçıvan ilə Acarıstan arasında münasibətlərin hazırkı səviyyəsi də məmnunluq doğurur. 1921-ci ildə Gürcüstanın da imzaladığı beynəlxalq Qars müqaviləsinə əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikası təşkil olunmuşdur. Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında əlaqələrin əsası 2012-ci ilin yanvarında Naxçıvan Muxtar Respublikasının nümayəndə heyətinin Acarıstan Muxtar Respublikasına səfəri ilə qoyulmuşdur. Həmin ilin iyununda Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvana səfər etmişdir. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında mədəniyyət, turizm, təhsil, səhiyyə, iqtisadiyyat, ticarət, sənaye və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı əsaslar vardır.

Qədim Naxçıvan diyarında olmaqdan məmnunluğunu bildirən Gürcüstan Prezidenti Mixeil Saakaşvili mərhum prezident Heydər Əliyevin iki ölkə arasındakı əlaqələrin inkişafına misilsiz töhfələr verdiyini vurğulamyıb. Gürcüstan Prezidenti Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini bildirib. “Azərbaycanlılar ölkələrini çox sevirlər”, - deyən Mixeil Saakaşvili Bakıda Prezident İlham Əliyev ilə uğurlu görüşlər keçirdiyini qeyd etmişdir. Vurğulayıb ki, ölkəsini belə inkişaf etdirmək hər bir liderin arzusudur. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcəkdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıbdır.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!