Modern.az

Aqil Abbasın Türkiyədə kitabı nəşr olundu, “Dolu” filmi göstərildi

Aqil Abbasın Türkiyədə kitabı nəşr olundu, “Dolu” filmi göstərildi

Ədəbi̇yyat

28 Fevral 2013, 18:48



Millət vəkili, yazıçı-publisist Aqil Abbasın “Adı konamayan katil” (Adı bilinməyən qatil) kitabı Türkiyədə nəşr olunub. Bu barədə Modern.az-a yazıçının özü məlumat verib. A.Abbas bildirib ki, kitabı Türkiyə türkcəsinə çevirən TRT radiosunun Azərbaycan nümayəndəliyinin rəhbəri doktor Seyfəddin Altaylıdır. 

 Onun sözlərinə görə, yeni kitabın Türkiyənin bir sıra vilayətlərində təqdimatı keçirilib: “Türkiyədə Xocalı həftəsi keçirilib. “Xocalıya Ədalət” Kompaniyası çərçivəsində keçirilən bu tədbirlər zamanı fevralın 25-də Kayseridə, 26-da Konyada, 27-də Ankarada və fevralın 28-də Dənizlidə yeni kitabın tədqimatı olub. Tədbirin təşkilatçıları Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu və doktor Seyfəddin Altaylıdır”. Fevralın 27-də kitabın Ankarada keçirilən təqdimat mərasimini Altundağ bələdiyyəsi təşkil edib. Tədbirdə Altundağ bələdiyyə başqanının müavini Yunus bəy, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, doktor Seyfəddin Altaylı, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, millət vəkili Musa Qasımlı iştirak edib. Onlar kitab barədə tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin sonunda Aqil Abbasın əsəri əsasında ekranlaşdırılan “Dolu” filminin təqdimatı olub.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub