Modern.az

“Muğanbank” ASC-nin nizamnamə kapitalını 41 305,80 min manata yüksələcək

“Muğanbank” ASC-nin nizamnamə kapitalını 41 305,80 min manata yüksələcək

1 Mart 2013, 10:58

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən fevralın 27-də “Muğanbank” ASC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 200 AZN olan 15000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001005466 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 38 305,80 min manatdan 41 305,80 min manata yüksələcəkdir.


Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 4 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ-ın World Business Capital (WBC) investisiya fondu kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir