Modern.az

Əhalinin 76 faizi qaz limitini keçməyib

Əhalinin 76 faizi qaz limitini keçməyib

10 İyun 2022, 11:53

Bu ilin yanvar-may ayında əhali qrupu üzrə abonentlərin 75,9%-i aşağı qaz istifadəsi limitini keçməyib.

 

Modern.az-ın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hesabat dövründə 1200 kubmetrədək olan qaz istifadəsi limitini 24,1% və ya 585 383 abonent keçib.

 

İyunun 1-nə olan məlumata əsasən, "Azəriqaz" üzrə istismarda olan əhali qrupu üzrə sayğacların sayı 2 427 456 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə