Modern.az

Nazirlik müəllimləri cəzalandırıb

Nazirlik müəllimləri cəzalandırıb

1 Mart 2013, 11:18

2013-cü ilin yanvar ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefon: 146, elektron poçt ünvanı: [email protected]) 658 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavab­lan­dı­rıl­ıb.

Müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir. Sorğular müəllimlərin işə qə­bulu, sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkili, xaricdə təhsil, təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkənin təhsil müəssisələrinə kö­çürülməsi, ali və orta ixtisas təhsili müəssisələrində sessiya imtahanlarının təşkili formaları, dövlət vəsaiti hesabına təhsil alan tələbələrin təqaüdlə təmin olunması qaydaları, məktəbli geyimi, pedaqoji işçilərin dərs yükü ilə təminatı, müəllimlərin əmək haqqının he­sab­lan­ması, təhsil sənədlərinin doldurulması, verilməsi və digər mə­sə­lə­lər­lə bağlı olub.

Şikayət xarakterli müraciətlərin ümumi sayı 67 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərlə əlaqədardır.

Yanvar ayında “Qaynar xətt” xidmətində ümumi təhsil müəs­si­sə­­lə­­ri ilə bağlı 47 şikayət qəbul edilib. Belə ki, Bakı şəhərindən 23, Sumqayıt şəhərindən 2, Gəncə şəhərindən 2, Qəbələ rayonundan 4, Biləsuvar, Şəki, Gədəbəy, Lerik rayonlarının hər birindən 2, Qusar, Ağcabədi, Neftçala, İsmayıllı, Bərdə, Xaçmaz, Tərtər, Qazax rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, texniki avadanlıqlar üçün pul yığılması, direktorların idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib.

Bakı şəhər məktəbləri üzrə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 146 nömrəli tam orta məktəbin fizika müəlliminə töhmət verilib və 171 nömrəli məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq edilib.

İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı 1 müraciət daxil olub. Həmin müraciət Sumqayıt şəhər 3 nömrəli Peşə Məktəbi ilə əlaqədardır.

Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2012-2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 2216 nömrəli, 18 dekabr 2012-ci il tarixli əmrinin icrası ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin olunub. Həmin müraciətlərin araşdırılması ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib.

Ali təhsil müəssisələrindən daxil olan sorğu xarakterli müraciətlər semestr imtahanlarının yazılı və test üsulu ilə təşkili, imtahanlarda Boloniya sisteminin tətbiqi, pedaqoji və istehsalat təcrübəsinin keçirilməsi, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi, özəl ali təhsil müəssisələrində tələbələrə təqaüdlərin verilməsi qaydaları və digər mövzuları əhatə edir. Yanvar ayında ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı daxil olan müraciətlərin 19-da şikayət və nöqsanlardan bəhs edilir ki, onlardan da 9-u dövlət, 6-sı özəl ali, 4-ü isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub