Modern.az

Bakı qəsəbələrində 11 sutəmizləyici qurğu tikilir

Bakı qəsəbələrində 11 sutəmizləyici qurğu tikilir

Aktual

10 İyun 2022, 16:54

"Abşeron yarmadasında 11 ədəd sutəmizləyici qurğu tikiləcək".

 

Modern.az xəbər verir ki, bununla bağlı Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov "Ekspert saatı"nda məlumat verib.

 

Rəis qeyd edib ki, Pirşağı çimərliyi ətrafında fərdi yaşayış evləri, eləcə də digər müəssisələrin artması ərazinin və çimərliyin çirklənməsinə səbəb olur:

 

"Ona görə, “Azərsu” ASC tərəfindən xüsusi qurğu inşa edilib ki, çirklənmənin qarşısı alınsın. Həmin qurğu ilə Kürdəxanı, Mehdiabad ərazilərindəki çirkab sularını da təmizləmək mümkün olacaq. Abşeron yarmadasında 11 ədəd sutəmizləyici qurğu tikiləcək. Bu qurğu sutkada 40 min kub su təmizləmək qabiliyyətinə malikdir. Bu qurğu ilə nəinki Pirşağı, 11 qəsəbənin suyu təmizlənərək dənizə ötürüləcək". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat