Modern.az

İsmət Abasov Fransa tərəfinin xahişi ilə “Terrenet”a müsahibə verib - FOTOLAR

İsmət Abasov Fransa tərəfinin xahişi ilə “Terrenet”a müsahibə verib - FOTOLAR

1 Mart 2013, 12:42

Kənd təsərrüfatı naziri İsmət Abasov 50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransa Resublikasında rəsmi səfərdədir.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, İ.Abasov Paris şəhəri yaxınlığında keçirilən “SİMA” beynəlxalq kənd təsərrüfatı texnikası və avadanlıqları sərgisində iştirak edib. Artıq 75 il fəaliyyət göstərən sərgidə süni suvarma aqreqatları, kənd təsərrüfatı texnikaları, traktorlar, taxılbiçən kombaynlar, xəstəlik və zərərvericilərə qarşı mübarizə vasitələri və sair çoxsaylı kənd təsərrüfatı və emal sənayesi avadanlıqları nümayiş etdirilib. Nazir İ.Abasov sərginin baş direktoru xanım Valeri Lobri-Qranqer ilə görüş keçirərək, Azərbaycan iqtisadiyyatının Cənubi Qafqazın ümumi iqtisadiyyatının təxminən 80 faizini təşkil etdiyini və Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlər, o cümlədən kənd təsərrüfatı sahəsində görülən işlər və aqrar sahəyə dövlətin dəstəyi barədə müqabil tərəfə geniş məlumat verib.

Nazir İ. Abasov daha sonra sərginin meneceri xanım Martine Degremont ilə görüş keçirib.
Görüş zamanı xanım Martine Degremont cari ilin noyabr ayında Fransanın Monpelye şəhərində üzümçülük və şərabçılıqla bağlı keiçiriləcək sərgiyə Azərbaycanlı mütəxəssisləri və sahibkarları dəvət edib. Eyni zamanda nazir İ.Abasov müqabil tərəfi cari ilin 09-10 noyabr tarixlərində Azərbaycanın Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Şərab Festivalına dəvət edib.

Daha sonra nazir İ.Abasov sərgidə nümayiş olunan müxtəlif kənd təsərrüfatı texnikaları ilə yaxından tanış olub. Eyni zamanda nazir İ.Abasov sərgidə Burqundiya Əməkdaşlıq və İxrac Qrupunun meneceri cənab Jan Lui Riot ilə görüş keçirərək Fransanın Burqunduya regionuna məxsus “Şarole” cinsindən olan ətlik damazlıq heyvanlar barədə geniş məlumat əldə etmiş və bu heyvanların Azərbayana idxal olunması imkanları müzakirə edilib. Nazir İ.Abasov sərgi çərçivəsində Fransa tərəfinin xahişi ilə Fransanın “Terrenet” mətbuat orqanına geniş müsahibə verib. Günün ikinci yarısında nazir İ.Abasov Parisdə keçirilən 50-ci Beynəlxalq kənd təsərrüfatı sərgisinə gələrək sərgidə nümayiş etdirilən geniş çeşidli kənd təsərrüfatı və qida sənayesi məhsulları və Burqundiya vilayətinin məşhur “Holştin-Friz” südlük damazlıq heyvanlarına baxış keçirib.

Görüşlərdə nazir İ.Abasovu Azərbaycan Respublikasının Fransadakı səfirliyinin 1-ci katibi Elmar Məmmədov müşayiət edib.

Səfər davam edir.  












Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır