Modern.az

Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək

1 Mart 2013, 12:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 2-də səhər saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı, günün ikinci yarısında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 2-də havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub