Modern.az

Sərkisyan Putinlə danışıqlara gedir

Sərkisyan Putinlə danışıqlara gedir

1 Mart 2013, 12:59

Ermənistan Prezidenti Serj Sərkisyan ikinci dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Rusiyaya edəcək. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Sərkisyanın Rusiya səfəri martın 12-yə təyin olunub.

Erməni mətbuatının yazdığına görə, Sərkisyan Moskva səfəri zamanı Rusiya prezidenti ilə bir sıra məsələlər ətrafında müzakirələr aparacaq. Sərkisyanın səfərində məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının iclasında iştirak etmək olsa da onun Putinlə Xankəndi aeroportu ilə bağlı danışıqlar aparacağı gözlənilir.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir