Modern.az

TQDK-dan maraqlı AÇIQLAMA: “Ali məktəblərin 600 bakalavrı bizim imtahanlardan keçməyənlərdir”

TQDK-dan maraqlı AÇIQLAMA: “Ali məktəblərin 600 bakalavrı bizim imtahanlardan keçməyənlərdir”

1 Mart 2013, 14:26

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanların rəhbər tutulmaqla TQDK tərəfindən “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sistemi yaradılıb. Bu Fərmanla Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Sistemin administratoru təyin edilib. Sistemin yaradılması, idarə olunması, proqram təminatının hazırlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi də TQDK-ya  həvalə edilib.

Həmin Sistem TQDK tərəfindən 28 mart 2012-ci il tarixindən etibarən istifadəyə verilib və  təhsil müəssisələri tərəfindən sistemə bakalavriat və magistratura səviyyələri, orta ixtisas təhsili pilləsi üzrə müxtəlif növ məlumatlar  daxil edilib. Sistem eyni zamanda Dövlət İnformasiya Ehtiyatları üzrə də qeydə alınıb (şəkillər əlavə olunur).

TQDK adı çəkilən Sistemə (TMMS) daxil edilmiş məlumatlar əsasında magistraturaya qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş bakalavrlara dair bəzi məlumatları diqqətə çatdırıb.

TMMS-də ali təhsil müəssisələrinin magistraturalarına  2013/2014-cü tədris ili üçün ərizə vermiş 21623 bakalavrdan 21083 nəfərinə dair məlumatlar mövcuddur. Sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib.  

TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalvrların sayı 600 nəfərdir. Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır.

Ali təhsil müəssisələrinin cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib.

“Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulub. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların Sistemə vaxtında və düzgün daxil edilməməsinə görə Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsi”ndə xüsusi maddə nəzərdə tutulub (Maddə 348-4)”-deyə TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir