Modern.az

Səfir İsmayıl Alper Coşkun BDU-da olub

Səfir İsmayıl Alper Coşkun BDU-da olub

1 Mart 2013, 14:40



Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunu qəbul edib. Görüşdə yaxın vaxtlarda BDU-da açılacaq Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən il Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb.

Görüşdə vurğulanıb ki, Yunus Emre Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılması türk dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addımlardan biri olacaq.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi