Modern.az

“El” hərəkatının təqdimat vaxtı açıqlandı

“El” hərəkatının təqdimat vaxtı açıqlandı

1 Mart 2013, 14:58

Ziyalılar Forumunun həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü yeni “El” hərəkatının təqdimat mərasiminin vaxtı açıqlanıb. Bu barədə Modern.az-a Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyev məlumat verib. O bildirib ki, “El” hərəkatının təqdimat mərasimi mart ayının 13-də keçiriləcək.

”El” hərəkatı bir neçə gündən sonra təsis olunacaq. Hardasa bir həftə içində, daha dəqiq desək martın 12-si, 13-nə qədər hərəkat təqdim olunacaq. Təqdimat mərasimində bir sıra partiyalar iştirak edəcəklər”-deyə  kinossenarist qeyd edib.

E.Quliyev daha sonra eks-spiker Rəsul Quliyevin “Ziyalılar Forumu” ilə bağlı Modern.az-a verdiyi açıqlamaya münasibət bildirib.

“Rəsul Quliyevin fikirləri doğrudur. Ziyalılar Forumu ilə “El” hərəkatını eyniləşdirmək olmaz. Bizim məqsədimiz siyasi məsələlərə baş qoşmayan, seçkilərdə iştirak etməyən kütləni aktivləşdirməkdir”.

Ziyalılar Forumunun üzvü həmçinin Rəsul Quliyevin “EL” hərəkatında iştirak edib-etməyəcəyi haqda sualı cavablandırıb:

“Rəsul Quliyevin “El” hərəkatında təmsil olunması barədə müzakirə getmir. Rəsul Quliyevin öz yolu var, öz partiyası var”.

Qeyd edək ki, eks-spiker Rəsul Quliyev Modern.az-a açıqlamasında “El” hərəkatının Ziyalılar Forumunun proyekti olmadığını deyərək bunun arxasında başqa qüvvələrin dayandığını qeyd etmişdi.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?