Modern.az

Azərbaycanlı tələbələr Fransa prezidentinə müraciət etdi

Azərbaycanlı tələbələr Fransa prezidentinə müraciət etdi

1 Mart 2013, 15:12



Gənclər və İdman Nazirliyi Azərbaycanlı tələbələr adından Fransa prezidenti Fransua Ollanda məktubu yayıb. Modern.az tələblərin yazdığı məktubdan bəzi məqamları oxuculara təqdim edir.

“Hörmətli cənab Olland!

Biz sizə 2013-cü il fevralın 26-da Fransa Milli Assambleyasında baş vermiş hadisə ilə bağlı müraciət edirik. Əgər siz, Prezidentin ölkədə Konstitusiya riayət edilməsinin qarantı olmasını hər bir fransızın başa düşməsi üçün hər hansı addım atmasanız, bu hadisə Beşinci Fransız Respublikasının tarixində biabırçı ləkə kimi qalacaq.

Cənab prezident! Bəlkə Fransa qanunlarında fikir ayrılığına fiziki güc tətbiq etməklə bağlı maddə var? Bəlkə bu maddələrdə göstərilib ki, insanları kiminsə xoşuna gəlmədiyi üçün linç etmək və döymək olar? Çünki onlar, haqqında bilmədikləri və ya bilmək istəmədikləri hadisələrə işıq salmaq istəyirlər?!

Və bu Avropanın mərkəzində, Milli Assambleyanın binasında baş verir. Yəni polislərin olmadığı və insanların müxtəlif yerlərə getdiyi vağzalda və ya parkın qaranlıq küncündə baş vermir.

Siz bilirsiniz ki, bu Fransa Milli Assambleyanın üzvi Fransua Roşeblounun iştirakı ilə baş verib? Bundan əlavə, o gənc xanımı vurmağa səsləyənlərdəndir!.

Bilirsinizmi ki, 26 fevralda 21 il əvvəl baş vermiş hadisə hər hansı ölkənin parlamentini rüsvay etmir, bu bütün bəşəriyyət üçün rüsvaydır. Bu ermənilər tərəfindən törədilən Xocalı soyqırımı haqqında susan ictimaiyyət üçün rüsvayçılıqdır”.

Daha sonra tələblər məktubda Xocalıda baş verən hadisələr haqqında, öldürülən insanlar və uşaqların sayı haqqında prezidentə məlumat veriblər.

“Biz inanırıq ki, qanunun aliliyinə əsasən bu hadisədə təqsirkar olanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Biz tələb edirik ki, siz bütün təqsirkarlar üzrə prosesi dərhal başladasınız.

Biz ədalət haqqında xahiş etmirik. Biz qanunların tətbiq edilməsini tələb edirik.

Biz bunu sizdən tələb edirik. Konstitusiyanın 18-ci maddəsinə əsasən, Sizin 577 deputat adından müraciət etmək hüququnuz var və bu müraciət şərh oluna bilməz”.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir