Modern.az

Azərbaycan alpinisti Avropanın ən yüksək zirvəsini fəth etdi

Azərbaycan alpinisti Avropanın ən yüksək zirvəsini fəth etdi

1 Mart 2013, 16:09



Azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının (AAF) üzvü Rüfət Qocayev Avropanın ən yüksək zirvəsini fəth edib. AAF mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün Bakı vaxtı ilə saat 13:15-də Rüfət Qocayev və iki ukraynalı alpinist ardıcıl olaraq müvəffəqiyyətlə Elbrusun hər iki zirvəsinə qalxıblar.

R.Qocayev telefonla bildirib ki, səhər 8:30 radələrində onlar Elbrusun qərb zirvəsini (5642m)  fəth ediblər.  5300 metr hündürlüyündəki dağ çökəyinə enəndən sonra, Rüfət və yoldaşları
şərq zirvəsini fəth etmək üçün hərəkətə başlayıblar və 11:00-da bu zirvəni də fəth etməyə müvəffəq olublar (5621m).

Ekspedisiyanın qalan iştirakçılar isə yalnız qərb zirvəsinin ikibaşlı dağına qalxmaqla kifayətləniblər.

Hazırda alpinistlər dağdan enişi yerinə yetirirlər.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?