Modern.az

Naşirlər öz birliyinin jurnalını təqdim etdi - FOTOLAR

Naşirlər öz birliyinin jurnalını təqdim etdi - FOTOLAR

1 Mart 2013, 16:36

Bu gün Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Azərbaycan Naşirlər və Poliqrafiya İctimai Birliyinin təsis etdiyi “Naşir” jurnalının ilk nömrəsinin və saytının təqdimatı olub. Modern.az xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Naşirlər və Poliqrafiya İctimai Birliyi idarə heyətinin sədri Bəhruz Axundov, deputat Bəxtiyar Əliyev, naşirlər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə “Naşir” jurnalının həyata keçirəcəyi layihələrdən söz açılıb. Çıxış edən nazir birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə nəşriyyat və poliqrafiya sahəsində qazanılan uğurlardan danışıb. V. Əliyev ötən il təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafiya İctimai Birliyinin gördüyü işləri yüksək dəyərləndirib.

“Bu çox həssas bir sahədir. Bu baxımdan belə biri qurumun yaradılması çox yaxşı haldır. Bu qurumun ətrafında xeyli nəşriyyat var. İnanıram ki, bundan sonra onlar daha çox uğurlara imza atacaqlar”.

Azərbaycan Naşirlər və Poliqrafiya İctimai Birliyi idarə heyətinin sədri Bəhruz Axundov bildirib ki, Azərbaycanda 200-ə yaxın poliqrafiya və nəşriyyat qeydiyyatdan keçib. Onun sözlərinə görə, bunlardan az bir qismi fəaliyyət göstərir. “Pis kitab yoxdur, pis naşir var. 31 müəssisə bir yerə yığışdıq və bunu təsis etdik. Hazırda birliyin 50-yə yaxın üzvü var. Məqsədimiz bərbad halda olan və bayağı kitabların qarşısını almaqdır. Azərbaycan kitabının dünyada daha da uğurla təmsil olunması bizim vəzifəmizdir”.  Yazıçılar Birliyinin sədri Anar yeni ictimai birliyin Yazıçılar Birliyi ilə sıx əlaqə qurmasını arzuladığını deyib. “Onlara uğurlar arzu edirəm. İnanıram ki, onlar daha yaxşı formatda kitabları bizlərə təqdim edəcəklər. Yəni üzü yaxşı içi boş kitablar nəşr olunmayacaq”. 

Deputat Rauf Əliyev birliyə gələcək fəaliyyətində uğurlar arzu edib. “Düşünürəm ki, bu birlik kitabla bağlı olan tarixi ənənəmizi davam etdirəcək və onu yaşadacaqdır”.

Digər çıxış edənlərdə bu ictimai birliyə və jurnala gələcəkdə görəcəyi işlərdə uğurlar arzu ediblər. Sonda tədbir iştirakçılarının hər birinə “Naşir” jurnalının ilk nömrəsi bağışlanıb.







Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir