Modern.az

Milli Kitab Mükafatından kənarlaşdırılan müəllifdən bu müsabiqəyə İTTİHAM

Milli Kitab Mükafatından kənarlaşdırılan müəllifdən  bu müsabiqəyə İTTİHAM

2 Mart 2013, 10:27

Milli Kitab Mükafatının (MK) münsiflər heyəti müsabiqəyə qatılan 241 müəllifin arasından çıxdaş edərək, növbəti mərhələyə keçən 20 əsərin adını dünən elan etdi. Elan olunan 20 nəfərlik “Uzun siyahı” (long list) müsabiqədən kənarlaşdırılan bəzi müəlliflərin narazılığna səbəb olub. MKM-dən kənarda qalan müəlliflərdən biri – Vüsal Nuru Modern.az-a açıqlamasında narazılığını ifadə edib:

“Bu il də MKM missiyasını biabırçılıqla yekunlaşdırdı. Mən çox təəssüf edirəm ki, Nigar Köçərlinin bu möhtəşəm lahiyyəsi, ədəbiyyatın inkişafına təkan verə biləcəyi halda ekspertlərin "dost-tanış"ı ucbatından biabırçılıqla nəticələndi. Eksbertlər öncədən tanış olduqları və bəzilərinin haqqında yağlı-yağlı rəy yazdıqları bozbaşları, üzr istəyirəm, əsərləri nömrələyib ortaya qoyublar və bununla da özlərinin ANS telekanalı kimi obyektiv, vicdanlı, qərəzsiz hesab edərək, kargüzarlıq işlərinə xitam veriblər”.

Vüsal Nuru ittihamlarında konkret adlar da çəkərək saytımıza aşağıdaki fikirlərini bildirib:

“Nəzərinizə çatdırım:

1. Elnarə Tofiqqızı - "İnqilab"ın oxunmayan qu nəğməsi”.
a) Sayman Aruz "Yüz il inqlab"
b) "Mustafa".  Qan Turalının qələmi böyük nəsrə hazır deyil.
2. Tehran Əlişanoğlu - "Yeni dünyanın köhnə yazarı”.
a) Aliq Məmmədovun hekayələr kitabı haqqında ön söz.
b) Əlabbas Bağırov. "İkinci oğul"
Tehran Əlişanoğlundan sitat:

“Yaradıcılığının yetkin çağlarını yaşayan Əlabbasın “Qaraqovaq çölləri” kitabında eyni adlı roman, “Gözəl” və “Qul” hekayələri, “İkinci oğul” povesti toplanıb. Kitab göstərdi ki, bugün Əlabbas bizdə psixoloji nəsrin ustası, ən parlaq nümayəndəsidir.

Bu siyahını hələ çox uzada bilərdim və palitramdan maraqlı rənglər qatardım. Sadəcə bunu "mənasız yerə enerji itimək" hesab edirəm. Və gəlirəm əsas mətləbə: göründüyü kimi ayrı-ayrılıqda hamısına hörmət etdiyimiz bu ekspertlər səlahiyyətlərindən istifadə edib öz ətraflarını önə çəkiblər. Yeni əsər oxumağa həvəsləri və vaxtları olmadıqlarından oxuduqları əsərləri kül edib gözümüzə üfürüblər.

Yaxşı ki, hakimiyyətdə kresloları yoxdu.

Mən əminəm ki, müsabiqəyə təqdim etdiyim "999" romanını bir vərəqinidə gözdən keçirtməyiblər. Onun janrından, formasından, ideyasından, üslubundan, təhkiyyəsindən xəbərləri yoxdur.

Təkcə mənim yox, mənim kimi onlarla yazıçının romanını oxumayıblar. Nəticədə "dostlar" ortaya çıxıb. Nə yeni bir roman, nə yeni bir yazıçı adına siyahıda rast gəlmədik.

Mən tələb edirəm ki, oxumadıqlarını səmimiyyətlə etiraf eləsinlər! Ya da səbəb göstərsinlər. Yoxsa mən onlar haqqında daha betər səbəbləri mətbuata göstərmək məcburiyyətində qalacam!

Mənim fikrim bilmək kiməsə lazım olsa, deyərdim ki, bu ekspertləri də, yalnız adlardan ibarət olan münsifləri də bu müsabiqədən təxris etmək lazımdır.

- Səbəb?

-Rüstəm İbrahimbəyov hardadı? Bəs Əkrəm Əylislinin başı açılıb? Qənirə Paşayeva bekardı? Ayaz Salayev kinodan əl çəkib? Rafiq Əliyev asudə vaxtı necə qazanır? Sabir Rüstəmxanlı partiyanın işini qoyub kitab oxuyur? Bəs Qaraqan?

Ümid edirəm ki, Nigar xanım, etimad göstərdiyimiz MKM-də gələn il ciddi islahatlar keçirdəcək. Nəticədə münsiflər, ekspertlər sadəcə gurultulu adlar siyahı olmayacaq və yeni gələnlər kitab oxumaqla, kitab nömrələməyin fərqini biləcəklər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu