Modern.az

Tiflisdə könüllülər Saakaşvili üçün mühafizə dəstələri yaradırlar

Tiflisdə könüllülər Saakaşvili üçün mühafizə dəstələri yaradırlar

Təhsil

2 Mart 2013, 14:11

Gürcüstanın sosial şəbəklərində «Mən səni qoruyaram prezident!» sloqanı altında  mühafizə xidmətindən imtina edən Gürcüstan prezidenti Mixail Saakaşvilinin təhlükəsizliyini öz üzərinə götürmək istəyən konüllülərin kampaniyası başlanıb.

Modern.az bildirir ki, bu kampaniyanın təşkilatçıları prezidentə dəstək verməyə çağırıblar.
“Dövlət başçısının cangüdəni yoxdur. Kim prezidenti qorumaq istəyirsə, bizim sıralarımıza yazılsın” deyə  könüllülər çağırış ediblər.

Bu milli dostluğa artıq 1000 nəfərdən çox insan daxil olub. Gələn həftədən sözügedən mobil dəstənin prezident Saakaşvilini iqamətgahında və hər bir yerdə qorumağa başlaması planlaşdırılır.

Günəş FƏRHADLI 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir