Modern.az

Orta məktəbi bitirə bilməyən məşhurlar - MARAQLI

Orta məktəbi bitirə bilməyən məşhurlar - MARAQLI

2 Mart 2013, 16:22

Deyirlər təhsil həmişə uğurun zəmanəti olub. Amma həyatda bəzən elə hallar da olur ki, bunun əks variantını görürsən. Məsələn, populyar və çox sevilən dünya ulduzlarının bir çoxu heç orta məktəbi bitirə bilməyiblər. Amma ki, uzaq Afrika ölkələrində belə, onları tanımayan və sevməyən yoxdur. Modern.az sizi onların bəziləri ilə tanış edir.


Başlayaq Coni Depdən. 12 yaşından siqaret çəkməyə başlayan aktyor 15 yaşında narkotikadan istifadə etdiyinə görə məktəbdən qovulub. Bundan kefini pozmayan ulduz “Detki” rok qrupuna daxil olub. Amma sonradan məktəbə qaytarılsa da, 16 yaşında yenidən öz istəyi ilə məktəbi tərk edir və 4 ildən sonra kinoda öz rolunu oynayır.



Cənubi Afrika Respublikasında doğulmuş Çarliz Teron isə 16 yaşında məktəbi  balerina olmaq üçün tərk edib. Model və rəqs sahəsində qazandığı uğurlar onu Nyu -Yorka gətirib çıxarıb. 3 il sonra isə məşqlər zamanı dizindən aldığı ciddi zədəyə görə, o bu işi tərk edərək  Los-Ancelsə köçür. Burada o kino aktrisası kimi məşhurlaşır.



Ailəsinin çox kasıb olması Cim Kerrinin təhsilinə çox böyük təsir edib. Belə ki, o uşaqlıqdan əmək fəaliyyəti ilə məşğul olub.
Bu davamsızlıq onun məktəbdən qovulmasına səbəb olur. Lakin bundan kefini pozmayan Cim komediya klubları səhnələrində çıxış edir. Hətta baxmayaraq ki, onun  bir neçə çıxışı başlanğıcda uğursuz olub.



Nikol Kidman
isə məktəbi istəyi ilə atanlar sırasında deyil. Uşaq vaxtı balaca qızcığaz vaxtını xərçəngə tutulmuş anasına həsr etməyə məcbur olub. Ailəyə kömək etmək məqsədi ilə Nikol masajist kimii çalışıb, amma buna baxmayaraq o teatrda işləməyə və incəsənətlə məşğul olmağa da vaxt tapır. O ilk dəfə telekanallarda 16 aşında görünməyə nail olub.



Kventin Tarantino
məktəbi buraxmaq üçün anası ilə xeyli mübahisələr edib. Kifayət qədər təhsil ala bilməməsinə baxmayaraq, o aykü testi zamanı 160 balı keçib.  



Aktrisa Uma Turman isə 15 yaşında məktəbi öz istəyi ilə atıb. Səbəb isə Umanın böyük bir ehtirasla aktrisa olmaq istəyi idi. Buna görə də o aktyorluq kurslarına gedirdi.



Al Paçino
isə məktəbdə yaxşı oxuyan şagird olmayıb və 17 yaşında məktəbdən çıxarılıb. Buna görə də onun anası ilə mübahisələri də baş verib. Bu səbəbdən evdən pul ala bilməyən ulduz ən böyük arzusu olan aktyorluq məktəbinə getmək üçün çoxlu sayda az gəlirli işlərdə işləyib.



15 yaşında məktəbi tərk edənlərin siyahısında Kianu Rivzu da durur. Səbəb isə həşişəki kimi səhnədir.  



16 yaşında  məktəbi modelliyə dəyişənlərdən biri də Demi Murdur. Aktrisa olmaq ideyası isə sonradan qonşusu  Nastasi Kinskinin ona verdiyi ilhamdan sonra gəlib.



Avstraliya televiziya proqramlarında aktiv iştirak edən Rasel Krou 15 yaşında məktəbi tərk edib. Buna səbəb isə həmkarları kimi aktyorluğa, musiqiyə böyük marağı və ailəsinə maddi yardım göstərməsi olub.



Con Travolta
isə məktəbi ona çox sevdiyi modellik və aktyorluq sənəti ilə məşğul olmağa maneçilik törətdiyinə görə 16 yaşında buraxıb.



Səhnə fəaliyyətinə 10 yaşından başlayan Robert De Niro məktəblə 16 yaşından vidalaşıb.



Vupi Qoldberqin
isə məktəbi bitirməməsinə səbəb dəfələrlə sinifdə qalması olub. Və  o 60-cı illərdə Hippi hərəkatına qoşularaq ailəsini tərk edib.



Böyük Britaniyanın ən tanınmış aktyorlarından olan Evan Mak Qriqor 16 yaşında  təhsili atıb.  Bütün dünyada məşhur olan aktyorun teatra işə düzəlmək cəhdləri  ilk vaxtlarda uğursuz olub.



Aktyor Cud Lou məktəbi öz istəyi ilə 17 yaşında atıb. Səbəb isə “Ailə” teleserialında çəkilməyi olub.



Dəfələrlə “Oskar” mükafatı almış aktyor Maykl Keyn çox pis oxuduğuna görə 15 yaşında məktəbdən uzaqlaşıb.

Günəş Fərhadlı
Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?