Modern.az

Kondisioner mənzildə yanğına səbəb oldu - FOTO

Kondisioner mənzildə yanğına səbəb oldu - FOTO

Aktual

17 İyun 2022, 11:05

Bu gün səhər saatlarında Yasamal rayonunda yaşayış binasında yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Dadaş Bünyadzadə15 ünvanında 16 mərtəbəli binanın 6-cı mərtəbəsində qeydə alınıb.

 

Belə ki, ev sahibi kondisioneri axşamdan işlək vəziyyətdə qoyub evdən çıxıb. Nəticədə səhər saatlarında kondisioner partlayıb. Evin bir hissəsi yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

Yanğın nəzarət altına alınaraq, söndürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat