Arxiv
4 mart 2013, 12:01 | ƏDƏBİYYAT
Yaşar: “MKM-də qızına elçi düşülən ekspert Bella Zakirova idi” - MÜSAHİBƏ

Mili Kitab Müsabiqəsinin eksperti iradlara etiraz etdi

Milli Kitab Mükafatının (MKM) ekspertləri 20 nəfərlik “uzun siyahı” (long list) müəyyənləşdirdi. Modern.az müsabiqənin ekspertlərindən biri olan yazıçı Yaşarla bəzi məsələlərə aydınlıq gətirdi.

– “Uzun siyahı” açıqlananda dediniz ki, bu dəfə MKM-a təqdim edilən əsərlər çox zəifdir. Əvvəlki müsabiqələr bundan daha yaxşı idi. Sizcə bunun səbəbləri nədir?

– Birinci müsabiqə doğurdan da çox güclü idi. İkinci müsabiqədə əsərlərin bədii gücündə bir az zəifləmə müşahidə olundu. Arada iki il fasilə verildi. Fikirləşdik ki, əsərlər bir az yaxşı olsun. Bu dəfə müsabiqədə daha güclü əsərlər gözləyirdik. Mən nəsr əsərlərini nəzərdə tuturam. Amma istədiyimiz kimi olmadı. Yazıçı kimi fikrim budur ki, bu il əsərlər əvvəlkinə nisbətən zəif təsir bağışlayır. Bunun səbəbini heç cür izah edə bilmirəm. Ola bilsin ki, gələn dəfə MKM-də bədii cəhətdən daha güclü əsərlər yaransın.  

– 20-lik arasında xoşladığınız əsərlər var?

– 20-liyə düşən əsərlərin 15-i Azərbaycan dilindədir. Belə deyərdim ki, yaxşı ilə pis arasında yox, pislə daha pis arasında, yaxud ortababla pis əsərlər arasında seçim etməli olduq. Biz, ekspertlər o 15-liyi çox güclə düzəltdik. Əsər tapa bilmirdik ki, 15-liyə qoyaq.  

– Müsabiqəyə təkcə nəşr olunmuş kitablar yox, həm də əsərlərin elektron versiyasının təqdim olunması etirazlar doğurmuşdu. İrad belə idi ki, elektron versiya plagiat ola bilər.

– Nəşr variantının da plagiat olması mümkündür. Çünki nəşriyyata nəzarət yoxdur. Ancaq plagiat əsəri ekspert, doğurdan da peşəkardırsa, o dəqiqə biləcək. Mən nəinki əsəri, hətta abzası belə həmin dəqiqə hiss edirəm ki, bu plagiatdır, ya tərcümədir, yaxud da hardansa götürülüb. Əvvəlki MKM-lərdə Mahir Qarayevlə rus dilli ədəbiyyatı da oxuyurduq. Məsələn rus dilində göndərilənlərin içərisində biz həmin əsərləri heç siyahıya da salmadıq. Ancaq o dəqiqə bilinirdi ki, bu plagiatdır. Əgər sən detektiv əsər yazırsansa niyə onun qəhramanının adı Con, qızın adı Eliza olmalıdır. Hətta adından bilinir ki bu plagiatdır. Detektiv əsər yazırsansa, sən niyə Azərbaycan adından istifadə etmirsən? Mən belə əsərləri hiss etmişdim, ancaq Azərbaycan dilli əsərlərdə plagiat inanmıram olsun, çünki onların səviyyəsindən də görünür ki, bu plagiat ola bilməz. Çünki səviyyə çox aşağı olur.  

– Müsabiqədə ekspertlərin adlarının açıqlanması nə dərəcədə düzgündür? Yazıçılar bəzən əyri yollara əl atmaq fikrinə düşürlər.

– Birincidə ümumiyyətlə açıqlanmadı, ikinci də isə müsabiqənin sonunda açıqlandı. Bu açıqlanmasa daha yaxşı olardı. Ancaq Azərbaycanın ədəbi ictimaiyyəti açıqlanmasa da, onsuz da bilirdi ki, ekspertlər kimdir. Mən də o fikirdəyəm ki, ekspertlərin adı indiyə qədər də açıqlanmamalıdır.

– Nigar Köçərlinin qeyd etdiyi ekspertə elçi düşən yazıçının əsəri müsabiqədən uzaqlaşdırılmadı?

– Bu, rus eksperti Bella Zakirovaya ilə bağlı məsələ idi, bizə heç bir aidiyyatı yoxudu. Həmin əsər heç 20-liyə də düşmədi. Yazıçı da Tofiq Axundov idi deyəsən.

– Bəziləri əsərlərinin eskpertlər tərəfindən oxunmamasını bildirirlər. Cavid Zeynallı, Vüsal Nuru, Fərid Hüseyn...

– Bu il müsabiqədə bir ümumi siyahı var idi. Ondan 20-lik çıxarıldı. Bir də var ki, ən gənc yazıçı nominasiyası, biri var nağıl nominasiyası, biri də şeir nominasiyası. Məsələn, şeir nominasiyası əvvəl olmamışdı indi yaradıldı. O nominasiyanın da qaliblərini artıq ekspertlər müəyyənləşdirəcək. Cavid Zeynallının əsəri həmin o gənclərin siyahısındadır. Əsər də gənclərlə bağlıdır, elə Cavidin özü də gənc olduğuna görə o siyahıya düşüb. O ümumi siyahıda olmayıb. Vüsal Nurunun da əsəri oxunub, amma onun əsəri keçməyib. Fərid Hüseyn də əsərini kitab şəklində göndərmişdi, amma o, məndə olmayıb. Sonra mən özüm müəyyənləşdirdim ki, onun əsərini Zahir Əzəmət oxuyub. Əsərləri hamımız birdən oxumuruq. Hər kəs bəyəndiyi əsəri seçir və sonra böyük siyahını tətbiq edirik və sonra o siyahıdakı əsərləri hamımız oxuyuruq. Ancaq Zahir Əzəmət də deyir ki, Fərid Hüseynin əsəri cavanların arasındadır, o da Cavid Zeynallı kimidir. Bununla belə, onların hər ikisinin iradına apelyasiya iclasında baxılacaq. 

– Ayaz Salayev açıqlama verib ki, ona əsərlər göndərilməyib, o əsər oxumayıb. Əslində bu iradın özü gülüncdür. Axı münsif əsərləri ilkin mərhələdə oxumalı deyil.

Münsiflər onluğu oxuyur. Ayaz Salayev hələ əsəri oxumamalıdır. Görünür, o, jurnalistin verdiyi sualı anlamayıb. 

Sevinc İltifatqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyləqanda "Qara" ləqəbli narkotacir yaxalandı 25 İyun 2019, 00:13 Haqq adamı Haqqa qovuşdu 24 İyun 2019, 23:57 Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü 24 İyun 2019, 23:52 Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Gününə qatılıb 24 İyun 2019, 23:43 Azərbaycan nefti bahalaşdı 24 İyun 2019, 23:31 Tanınmışların Şirməmməd müəllimə VİDA MESAJİ - YENİLƏNİB 24 İyun 2019, 23:29 Türkiyə tankları Suriya sərhədində 24 İyun 2019, 22:52 Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək - YENİLƏNİB 24 İyun 2019, 22:34 İdman müəlliminin dənizə apardığı şagird boğuldu - FOTO 24 İyun 2019, 22:16 Qarabağ separatçıları alman snayperləri ilə silahlanıb - QALMAQAL 24 İyun 2019, 21:32 ABŞ İrana qarşı sanksiyaların ləğvi şərtlərini açıqladı 24 İyun 2019, 21:21 Qaxda qoz ağacına çırpılan mikroavtobus yandı 24 İyun 2019, 21:07 Mehriban Əliyeva: “Əsas hədəf dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan etməkdir” 24 İyun 2019, 20:35 Azərbaycanlı İrina Belarusda bunu da etdi 24 İyun 2019, 20:22 80 dövlət əmlakı hərraca çıxarılır 24 İyun 2019, 20:03 Xərçəngi sağaldan yeni üsul TAPILDI 24 İyun 2019, 20:00 Elmar Qasımov ipponla qazandı - 4-cü medal 24 İyun 2019, 19:52 Daha bir erməni təxribatının qarşısı alındı - AŞPA-da  24 İyun 2019, 19:44 Ziya Bünyadov prospektində zəncirvari qəza - Foto 24 İyun 2019, 19:38 Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 24 İyun 2019, 19:30 Şirməmməd Hüseynov vəfat etdi 24 İyun 2019, 19:20 İstidən qoruyan ziyansız içkilərin adı AÇIQLANDI 24 İyun 2019, 19:11 Mal-qara oğruları saxlanıldı - FOTO 24 İyun 2019, 19:02 Prezident həmkarlarını təbrik etdi 24 İyun 2019, 18:54 Gənclər üçün növbəti festival keçirilib - FOTO   24 İyun 2019, 18:44 Hər bir hərbi qulluqçu Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə qadirdir - Zakir Həsənov 24 İyun 2019, 18:41 Nazir müavininə general-leytenant rütbəsi verildi - SƏRƏNCAM 24 İyun 2019, 18:32 Vaqif Dərgahlı təltif edildi 24 İyun 2019, 18:25 Ramil Usubov tələbələrdən imtahan götürdü - FOTO 24 İyun 2019, 18:17 Prezident hərbçiləri təltif etdi, ali rütbələr verdi - SİYAHI   24 İyun 2019, 18:08 Bakıda tapılan meyitin yiyəsi axtarılır - FOTO 24 İyun 2019, 18:06 Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!   24 İyun 2019, 18:02 Almaniyadakı iş adamı təkzib istəyir - “Yoxsa məhkəməyə verəcəm! 24 İyun 2019, 18:00 Ərdoğan 25 illik “eşqini” itirdi 24 İyun 2019, 18:00 Gürcüstanda aksiyaçıları döyən 10 polis işdən kənarlaşdırılıb 24 İyun 2019, 17:35