Modern.az

TRT-nin reportyorları Azərbaycana gəlir

TRT-nin reportyorları Azərbaycana gəlir

Dünya

4 Mart 2013, 12:23

“TRT Haber” kanalının ən çox baxılan proqramlarından olan “Ufuk Cizgisi”nin çəkiliş qrupu Azərbaycana gəlir. Modern.az xəbər verir ki, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yüksəl Dəgərcan”ın kanalın ən təcrübəli proqram rejissorlarından biri olan Halik Koc və çəkiliş qrupunun 14-21 mart tarixləri arasında Bakıya gələcəklərini deyib.

  Ötən həftə "TRT Haber" kanalında Xocalı qətliamını və Qafqazlardakı gərginliyi ekranlara gətirən Haluk Koc Azərbaycan haqqında yeni proqram hazırlayacaq. Səfər çərçivəsində ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan türklərinin Qubadakı kütləvi məzarlığında, cəbhə xəttində çəkilişlər aparılacaq, 31 Mart soyqırımı haqqında proqramlar hazırlanacaq.   Proqramlarda Azərbaycan iqtisadiyyatının inkişafı, Xəzər neft və qaz sektorundakı Türkiyə-Azərbaycan əməkdaşlığı, Qarabağ problemi və qondarma erməni iddiaları işıqlandırılacaq.  

Proqramın buraxılışlarından biri martın 20-də Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək.  

Aytən Əliyeva
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir