Modern.az

Deputat: “Banklar qəbul etdiyi əmlakı real dəyərindən aşağı qiymətləndirir”

Deputat: “Banklar qəbul etdiyi əmlakı real dəyərindən aşağı qiymətləndirir”

4 Mart 2013, 13:15



“Ölkəmizdə bir sıra banklar qəbul etdiyi əmlakı real dəyərindən aşağı qiymətləndirir”. Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəxri sədri, Milli Məclisin üzvü Xanhüseyn Kazımlı deyib. O, qeyd edib ki, bu banklar təqdim edilən girovlara özlərinə yaxın olan qiymərtlərlə qiymətləndirirlər. “Bu da bir sıra hallarda girovun real dəyərdən qat-qat aşağı olmasına səbəb olur. Bu inhisarçılıq regionda fəaliyyət göstərən sahibkarların bankdan kredit götürmə prosesini çətinləşdirir. Çünki banklar regiondakı əmlakı qiymətləndirməkdən və girov kimi qəbul etməkdən imtina edir”.

  X. Kazımlı vurğulayıb ki, banklar sahibkarların qarşısına girov kimi Bakıdakı əmlakı təqdim etmə tələbini qoyurlar.  

Anar Kəlbiyev
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər