Modern.az

Təhsil Nazirliyi liseylərlə bağlı yeni qərar verəcək

Təhsil Nazirliyi liseylərlə bağlı yeni qərar verəcək

4 Mart 2013, 16:59



“Təhsil Nazirliyi liseylərlə bağlı yaxın vaxtlarda qərar verəcək”. Bunu Modern.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl B. Hüseynzadə telekanalların birində çıxışı zamanı bəzi liseylərin fəaliyyətindən narahat olduqlarını və onlarla bağlı məsələlərə yenidən baxılacağını bildirmişdi.

“Qərara əsasən, orta məktəb və liseylərlə bağlı qaydalar təsdiq olunacaq. Buna əsasən orta məktəblər və liseylər üçün qaydalarımızda əlavə və dəyişikliklər edəcəyik. Yenilik əsasən orta məktəb və liseylərə şagird qəbulu ilə bağlıdır”, – deyə Bayram Hüseynzadə vurğulayıb. 

Aytən Əliyeva  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi