Modern.az

Deputat Gədəbəydə seçicilərlə görüşüb

Deputat Gədəbəydə seçicilərlə görüşüb

Aktual

4 Mart 2013, 17:37

Milli Məclisinin deputatı  Sevinc Hüseynova təmsil etdiyi Gədəbəy rayonun rayonun Maarif, Plankənd, Çaldaş, Daryurd, Düzyurd, Gərgər, Dəyirmandağı,  Nərimankənd, Moruxlu, Samanlıq  kəndlərində seçicilərlə görüş keçirib. Görüşlərdə 284 seçici iştirak edib. Keçirilən görüşlərdə millət vəkili əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr barədə söz açdı.

Görüşlərdə digər kəndlərdəki görüşlərdə olduğu kimi seçicilər kəndlərə qaz xəttinin çəkilməsi, elektrik xətlərinin və dayaqlarının yenilənməsi, kəndarası yolların əsaslı təmir edilməsi məsələlərinin həyata keçirilməsində köməklik göstərilməsini xahiş ediblər və eyni zamanda,  rayonda istehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusən də kartof məhsulunun istehsalçılar tərəfindən  satıla bilməməyini nəzərə  Dövlət Ərzaq Tədarük müəssisələrinin yaradılmasını təklif ediblər. 

Millət vəkili seçicilər tərəfindən qaldırılan  məsələlərə münasibət bildirərək onları narahat edən məsələlərə aydınlıq gətirib.

Görüşlərdən sonra fərdi məsələlərin bir çoxu öz həllini tapıb, bəzi məsələlərlə bağlı isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılıb.

Sonda seçicilər  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə ona səs verəcəklərini vurğulayıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!