Modern.az

Elmar Məmmədyarov həmsədrlərlə görüşüb

Elmar Məmmədyarov həmsədrlərlə  görüşüb

6 Mart 2010, 16:43

ATƏT-n Minsk qrupunun həmsədrləri Bernar  Fasiye (Fransa), Yuri Merzlyakov (Rusiya) və Robert Bradtke (ABŞ) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Parisdə işgüzar  görüş keçiriblər. Modern.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. Məlumata görə, həmsədrlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər. Görüşdə danışıqlar prosesinin capi gedişi diqqətdə olub. Vasitəçilər danışıqlar prosesini intensivləşdirəcəklərini bildiriblər. Tərəflər həmsədrlərin Madrid prinsiplərinin son yeniləşmiş variantına Azərbaycan və Ermənistanın təkliflərini müzakirə ediblər. Xəbərdə bildirilir  ki, vasitəçilər bundan sonra martın sonlarında Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da anoloji görüş keçirəcək və daha sonra regiona səfər edəcəklər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir