Modern.az

"Bu şəhərdə" ilə Fazil Mustafa arasında QALMAQAL böyüdü

 "Bu şəhərdə" ilə Fazil Mustafa arasında QALMAQAL böyüdü

4 Mart 2013, 20:51

Millət vəkili Fazil Mustafa ilə “Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov arasında gərginlik davam edir. “Ər işdə” adlı yeni konsert proqramında Fazil Mustafanı parodiya etdikəri üçün deputat tərəfindən sərt tənqid olunan aktyorların deputata cavabı gecikməyib.

Modern.az-ın məlumatına görə, millət vəkilinin onlar haqqında işlətdiyi ifadələrin əhəmiyyətsiz olduğunu deyən “Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Fazil Mustafanın əqidəsiz olduğunu bildirib.

“Əqidəsiz insanların fikri bizə maraqlı deyil”-deyə M.Abbasov deputata cavab verib.

Qeyd edək ki, Milli Məclisin üzvü Fazil Mustafa aktyorlar Rafael İsgəndərovu və Coşqun Rəhimovu onu parodiya etdiklərinə görə kəskin tənqid edib. Deputat onu parodiya etdikləri üçün aktyorları mənəviyyatsızlıqda ittiham edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir