Modern.az

Kamil Cəlilov prezidentə məktub yazdı

Kamil Cəlilov prezidentə məktub yazdı

Aktual

4 Mart 2013, 21:57

Azərbaycanın xalq artisti, mahir qaboy ustası Kamil Cəlilov prezident İlham Əliyevə təşəkkür məktubu yazıb. Modern.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, xalq artisti “Şöhrət” Ordeni ilə təltif edildiyi üçün ölkə başçısına təşəkkürünü bildirib. Xalq artisti məktubunda həmçinin prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyini bildirib.

"Sizin musiqi mədəniyyətimizə, bu sahədə çalışan, əmək sərf edən insanların sənətinə göstərdiyiniz qayğı və diqqət məndən də yan ötmədi. Yaşımın ahıl çağında məni “Şöhrət” ordeni ilə təltif etməyiniz məni çox sevindirdi. Sizin dövlət başçısı kimi milli musiqimizə, muğamlarımıza bəslədiyiniz dərin hörmət Sizin bu xeyirxah missiyanızla özünü bir daha təsdiq etdi. Zəngin yaradıcılığıma, qaboy sənətinin yeganə təbliğatçısı olduğuma, bu sənətdə çəkdiyim zəhmətin bəhrəsi olaraq məni ən yüksək mükafat hesab olunan “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə ailəm adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Sizə bu şərəfli və məsuliyyətli işinizdə uğurlar diləyirəm. Qarşıdan gələn Prezident seçkilərində ən layiqli namizəd kimi Sizi dəstəkləyəcəyəm”,-deyə K.Cəlilov qeyd edib.

Anar RÜSTƏMOV


 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?