Modern.az

Sabiq icra başçısından prezidentə müraciət: "Sizə kömək etməyə hazıram!"

Sabiq icra başçısından prezidentə müraciət: "Sizə kömək etməyə hazıram!"

Aktual

4 Mart 2013, 23:57

Xətai rayonu İcra Hakimiyyətinin sabiq başçısı Zəlimxan Məmmədli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib. Modern.az-ın məlumatına görə, Z.Məmmədli müraciətində bildirib:

”Hörmətli cənab prezident. Sizin, bu yaxınlarda respublika müşavirəsində çıxışınızı diqqətlə izlədim. Diqqətimi daha çox məmurların etdiyi qanunsuzluqlara sərt təpginiz və islahatların vacibliyi haqda dedikləriniz oldu. Bu da təsadüfi deyil. Çünki sadə insanlarla birbaşa yerli məmurlar təməsda olurlar. Onların etdiyi hərəkətlərin yaxşısı da, pisi də müvafiq ali hakimiyyətin mövqeyi kimi qəbul edilir. Güman edirdim ki, bəzi qanunları pozan, Bakını tar-mar edənlər, vətəndaşların rifahını pozan məmurlar özlərini yığışdıracaq, Bakıya, onun küçələrinə, səkilərinə oz doğma mülkü kimi baxıb, onu daha da gözəlləşdirəcək, sakinləri öz doğmaları bilib, onları sevəcək, onların qayğısına qalacaqlar. Təssüf ki, bu nümunəni Xətai rayonu İcra Hakimiyyəti timsalında deyə bilmərik..

...Cənab Prezident, mən 1992-93-cü illər ərzində Xətai rayonuna rəhbərlik etmişəm. Rayonun əksər dərd-sərini bilirəm. Bu rayonun sakinləri əsasən fədəkar zəhmətkeşlərdir. Onların 32 kv km ərazisi olan rayonda, Ukrayna meydanını yanındakı Heydər Əliyev parkından başqa istirahət məkanı demək olar ki, yoxdur. İndi də rayon rəhbərliyi rayonun mərkəzi ilə keçən Məhəmməd Hadi küçəsi və onun davamı olan Gəncə prospektindəki geniş magistralkənarı xiyabanı qəddarlıqla dağıtmaqdadır. Qiymətli ağaclar qəddarcasına qırılmaqdadır. Onların yerini isə heç bir şəhərsalma normalarına uyğun gəlməyən obyektlər əvəzləməkdədir.

Mən ictimai məsuliyyətimi dərk edərək, Sizin müşavirədə söylədiklərinizi ciddiyə alaraq, rayon rəhbərliyinin fəaliyyəti (fəaliyyətsizliyi) haqqında, əvvəlki təsərrüfat rəhbəri olaraq səsimi ucaltmağı, vətəndaşlara sayğısızlıq nümunələrini dayandırmğı ozümə mənəvi borc bildim və xüsusi bəyanatla çıxış etdim. Bəyanat sosial şəbəkədə və media orqanlarında yayımlanmışdır. Təəssüf ki, ümüdlərim özünü doğrultmadı. Bu gün (04 mart 2013) rayonda M.Hadi 41 və 51 saylı binaların yanındakı (Ukrayna meydanını yanı) xiyaban və ağaclar daha qəddarcasına qırılmağa başlamışdır. Rəhmətlik Heydər Əliyevin bir sözünü xatırlatmağı özümə borc bilirəm: "Bir ağac kəsiləndə elə bilirəm qolum kəsilir". Xətai rayon rəhbərliyi deyəsiniz qanunları, rəhbərlərin qoyduqları yolu və verdikləri göstərişləri saymamaqla, zövq alırlar. Yerli məmurların bu cür özbaşınalığı yekunda mərkəzi hakimiyyətin nüfuzuna sarsıdıcı zərbə vurmaqdadır.

Sizdən ən qısa zamanda rayonda baş verənləri araşdırmaq üçün xüsusi tədqiqat qrupu ayrılmasını, əlaqədar təşkilatlara baş verən qanunsuzluqların dərhal dayandırması, günahı olanların məsuliyyət məsələsinin müəyyənləşdirilməsi haqda göstəriş verməyinizi xahiş edirəm. Bu müraciətdə heç bir siyasi ambisiya yoxdur. Sadəcə, Xətai rayon sakinlərinin mənafeyi naminə Sizə, Bakının dağıdılmasının qarşısının alınmasında yardımçı olmaq məqsədi güdülür. Şəxsən bu işdə Sizə yardımçı olmağa hazıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?