Modern.az

Fuad Muradov avtoxuliqanlara qarşı sərt tədbirlər təklif etdi

Fuad Muradov avtoxuliqanlara qarşı sərt tədbirlər təklif etdi

5 Mart 2013, 09:38



Milli Məclisin deputatı Çingiz Qənizadə qanunvericilik təşəbbüsü ilə çıxış edərək avtoxuliqanların 1 ilədək müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qanun layihəsini müzakirəyə çıxarılması üçün Milli Məclisin rəhbərliyinə təqdim edib. Az keçməyib, deputat həmkarları Ç.Qənizadəyə dəstək veriblər.

Modern.az saytına açıqlamasında millət vəkili Fuad Muradov qeyd edib ki, belə halların qarşısının alınması üçün mütləq cəzalar ağırlaşdırılmalıdır:

“Savadı və dünyagörüşü olan insan avtoxuliqanlıq etməz. Dünyanın hər yerində avtomobil idarə  edən şəxs qırmızı işıqda dayanmağı özünə borc bilir. Təəssüf edirəm ki, bizdə bəzən bunun əksini görürük. Əminəm ki, məsələni inzibati yolla həll etmək olar. Ancaq burada düşüncə məsələsi də mühüm rol oynayır. Bahalı maşının sükanı arxasında oturanda “dünya mənimdir” düşünmək düzgün hal deyil. Bir daha bəyan edirəm ki, bunun üçün inzibati metodun sərtləşdirilməsi vacibdir. Bu məsələyə ciddi nəzarət edilsə, müsbət nəticələr əldə etmək olar”.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı