Modern.az

Odlar Yurdu Universitetinin qarşısında böyük tıxac yaranıb

Odlar Yurdu Universitetinin qarşısında böyük tıxac yaranıb

5 Mart 2013, 09:44

Bu gün səhər saatlarında “Gənclik” metrostansiyasının yaxınlığında, Odlar Yurdu Universitetinin qarşısında kommunukasiya xətlərinin dəyişdirilməsi səbəbindən ərazidə ciddi problem yaranıb. Modern.az saytının məlumatına görə, universitetin qarşısındakı asfalt yolun altından keçən su borusunun dəyşdirilməsi səbəbindən ərazidə avtomobillərin böyük tıxacı yaranıb. Odlar Yurdu Universitetinin qarşısındakı yolda, Koroğlu Rəhimov küçəsində avtomobillərin hərəkəri dayanıb. Aidiyyati qurumlar işin başa çatdırılması üçün təcili tədbirlər görürlər. Modern.az saytını hadisə yerində olan müxbirinə bildiriblər ki, yaxın saatlarda problem aradan qaldırılacaq.

Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Vaqif prospektində yeni çəkilmiş 500 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar martın 5-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - Vaqif prospekti, C.Hacıbəyli, K.Rəhimov, F.X.Xoyski, Təbriz və Ağa Nemətulla küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?