Modern.az

Bakıda dəhşətli qəza: ölən var

Bakıda dəhşətli qəza: ölən var

Aktual

5 Mart 2013, 10:01

Bakıda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğramış, “VAZ” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin meytini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 00:22-də başa çatıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi