Modern.az

YAP-çı gənclər Heydər Əliyevin 90 illik yubleyinə hazırlaşır

YAP-çı  gənclər Heydər Əliyevin 90 illik yubleyinə hazırlaşır

Aktual

5 Mart 2013, 10:49

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Heydər Əliyevin 90 illik yubiley tədbiri ilə bağlı bir sıra tədbirlər həyata keçirəcəyini bildirib. Modern.az YAP Gənclər Birliyindən də hansı tədbirlər həyata keçirəcəyini öyrənib. 
Bu barədə danışan YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, artıq tədbirlər planı hazırlanıb. “YAP Gənclər Birliyi ulu öndərin 90 illiyi ilə bağlı silsilə tədbirlər planı hazırlayıb və onu həyata keçirməyə başlayıb. Burada intellektual və idman oyunları, konfranslar keçirilməsi nəzərdə tutulur. Beynəlxalq səviyyəli tədbir keçirməyi də fikirləşirik”-deyə qeyd edib. 




Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi