Modern.az

“Təmiz Şəhər”in yeni internet səhifəsi açıldı

“Təmiz Şəhər”in yeni internet səhifəsi açıldı

5 Mart 2013, 11:28



19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yeni internet səhifəsi (www.bsp.az) fəaliyyətə başlayıb. “Təmiz Şəhər” ASC tərəfindən istifadəyə verilmiş internet səhifə ölkəmizdə tullantıların emalı sahəsində ilk sənaye parkının fəaliyyətinin işıqlandırılmasına xidmət edəcək.

Yenicə istifadəyə verilmiş internet səhifəsində sənaye parkının məqsəd və vəzifələri, potensial sahibkarlar üçün investisiya güzəştləri və faydaları haqqında geniş və müfəssəl məlumatlar yerləşdirilib. Sənaye parkı ilə maraqlananlar internet səhifəsində parkın infrastrukturu və üstünlükləri, bu sahədə qanunvericilik, investisiya güzəştləri, ölkəmizdə yaşıl biznesin inkişafı sahəsində irəliləyişlər, yeniliklər və ən son xəbərlərlə haqqında məlumat ala bilərlər.

Habelə yaşıl biznes sahəsində fəaliyyət göstərmək istəyən sahibkarlar elektron formanı dolduraraq onlayn şəkildə müraciət edə və Balaxanı Sənaye Parkında əlverişli şərtlərlə istehsal sənayelərini qura bilərlər.    

Balaxanı Sənaye Parkı “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında”Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 1947 nömrəli sərəncamına əsasən “Təmiz Şəhər” ASC tərəfindən təsis edilib. Parkın yaradılmasında əsas məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinin inkişaf etdirməkdir. Parkın başlıca faydaları bir istehsal sahəsinin tullantısının digər istehsal sənayesində xammal kimi istifadə olunması, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması  olacaq.  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir