Modern.az

Almaniya Ukraynaya bu silahları göndərəcək - SİYAHI

Almaniya Ukraynaya bu silahları göndərəcək - SİYAHI

Dünya

21 İyun 2022, 20:47

Almaniya tərəfi Ukraynaya göndərəcəyi silahların siyahısı açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

 

Bildirilib ki, silahların bir qismi Almaniya ordusunun arsenalından, qalanı müdafiə şirkətlərindən alınacaq.

 

Ukraynaya göndəriləcək silah və sursatlar aşağıdakılardır:

 

- 7 ədəd “Panzerhaubitzen 2000” özüyeriyən artilleriya qurğusu


- 30 ədəd "Gepard" özüyeriyən zenit qurğuları və bu qurğular üçün 6 min ədəd sursat


- IRIS-T hava hücumunda müdafiə sistemi


- 3 ədəd “Mars” yaylım atəşli reaktiv sistem və bu sistemlər üçün sursatlar


- 10 min artilleriya sursatı, 53 min zenit sursatı, odlu silah üçün 5,8 milyon güllə


- 10 ədəd müdafiə olunan avtomobil

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?