Modern.az

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Aktual

5 Mart 2013, 17:31

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb. Modern.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən spiker Oqtay Əsədov növbəti iclasın mart ayının 15-də keçiriləcəyini bəyan edib.

Milli Məclisin martın 15-nə təyin olunan iclasında hökumətin hesabatı dinləniləcək.

Qeyd edək ki, Milli Məclisin (MM) daxili nizamnaməsinə görə, hər il parlamentin yaz sessiyasının 5-ci iclasından (mart ayı) gec olmayaraq hökumətin son bir illik fəaliyyəti ilə bağlı dinləmələr keçirilir və hökumət adından Baş nazir parlamentarilər qarşısında hesabat verir.

Parlamentdə hökumətin 2012-ci ilin yekunlarına dair hesabat məruzəsinin Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır