Modern.az

Qarabağ separatçıları Gürcüstanı güldürdü

Qarabağ separatçıları Gürcüstanı güldürdü

6 Mart 2010, 19:20

Qarabağ separatçıları qondarma Abxaziyanın müstəqilliyini tanımağa hazır olduqlarını bildiriblər. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki,  separatçıların bu boşboğazlığı Gürcüstanda xeyli gülüş doğurub. Gürcüstan parlamentinin deputatı Giorgi Qabaşvili  bu gün jurnalistlərə bildirib ki, Qarabağ separatçılarının Abxaziyanın müstəqilliyinin tanınmasına dair bəyanatın heç bir mənası yoxdur. “Dağlıq Qarabağ tanımamış qurumdur və onun Abxaziyanın müstəqilliini tanıması bir məna kəsb etmir”,-deyə gürcü parlamentari bildirib. Xankəndinin bəyanatı Gürcüstan parlamentində gülüşlə qarşılanıb. “Bir tanınmamış  qurumun başqa bir tanınmamış qurumu tanıması çox gülüncüdür”,-deyə parlamentin xarici əlaqələr komitəsinin sədri Akakiy Minaşvili bildirib. “Lakin bu problem deyil. Onsuz da hamı bilir ki, Qarabağ kimi bir dövlət mövcud deyil, eləcədə abxaz dövləti də mövcud  deyil və bundan sonra da olmayacaq”-deyə deputat əlavə edib.

 

Qeyd edək ki, qondarma “Qarabağ  respublikası”nın qondarma parlament üzvü Vaqram Atanasyan İrəvanda keçirdiyi mətbuat konfransında Abxaziyanın müstəqilliyini tanıyacaqlarını bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir