Modern.az

Təbriz futbol klubundan Azərbaycan mediasına qarşı ittiham

 Təbriz futbol klubundan Azərbaycan mediasına qarşı ittiham

Dünya

6 Mart 2013, 10:38


“Azərbaycandakı sionist media İranda yaşayan müxtəlif etnik tayfalar arasında ixtilaf yaratmaq məqsədilə özlərini “Traktorsazi”nin hüquqlarının müdafiəçiləri kimi göstərməyə çalışırlar. Halbuki təbrizlilər və azəridillilər bütün həmvətənlərini sevirlər və bu duyğu İranda qarşılıqlıdır”.

Modern.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə bu sözləri Təbriz əhalisinin nümayəndəsi və “Traktorsazi” futbol klubunun idarə heyətinin üzvü Məhəmməd İsmayıl Səidi deyib. O, Azərbaycanda fəaliyyət göstərən və İrana qarşı təbliğat aparan media orqanlarını sionistlikdə ittiham edib. Bununla bağlı Azərbaycanın İrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılmasını da istəyib.

M. Səidi Azərbaycana xəbərdarlıq da edərək ultimatum verib: “Azərbaycan öz mediasına nəzarət etməlidir. Çünki bu metod davam edərsə, Azərbaycana baha başa gəlməsi mümkündür. Bütün İran xalqı “Traktorsazi”ni sevir və Asiya Klublar Çempionatında bu komandaya dəstək verir”.   Aqşin Kərimov    
Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar