Modern.az

Deputatdan Ombudsmana dəstək

Deputatdan Ombudsmana dəstək

6 Mart 2013, 12:07

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev Ombudsman Elmira Süleymanovanın Mənzil-İstismar Sahələrinin (JEK) ləğv edilməsi ilə bağlı təklifinə dəstək verib. Modern.az-a açıqlamasında deputat JEK-lərin ləğv edilərək səlahiyyətlərinin bələdiyyələrə verilməsinin doğru olduğunu, bu istiqamətdə prosesin başlandığını bildirib.

“Əlbəttə bu  proses çoxdan gedir. Mən də bunun tərəfdarıyam. Bu gün bələdiyyətlə kommunal təsərrüfat idarələrinin bir çox funksiyalarının yerinə yetirilməsində onlar müəyyən səlahiyyətlərin verilməsi vacibdir”-deyə T.Rzayev bildirib.

Qeyd edək ki, Ombudsman Elmira Süleymanova Milli Məclisdəki hesabat çıxışında ölkədə mənzil-kommunal təsərrüfatı sistemində islahatların aparılmasını, Mənzil-İstismar Sahələrinin (JEK) ləğv edilməsini və bu səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edib:

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir