Modern.az

Türkiyə zəlzələdən sarsıldı: çoxlu ölü və yaralı var (yenilənib)

Türkiyə zəlzələdən sarsıldı: çoxlu ölü və yaralı var (yenilənib)

8 Mart 2010, 12:25

Bu səhər Türkiyənin Elazığ vilayətində zəlzələ baş verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanın gücü Rixter şkalası ilə 6 bal gücündə olub. Yeraltı təkan Elazığın Yuxarı Kanatlı və Kayalı kəndlərində baş verib. Elazığ valisi Müammar Erol günün birinci yarısında mətbuata verdiyi açıqlamada 41 nəfərin həlak olduğunu  təsdiqləyib. Vali çox sayda insanların yaralandığını deyib. O, yaralı vətəndaşların sayının hələlik məlum olmadığını bildirib. Bölgədə xilasetmə işləri davam etdirilir. Vilayətin təhlükəsizlik və xilasetmə qüvvələri zəlzələ bölgəsinə cəlb olunub. Ölkənin Bingöl vilayətində də zəlzələ baş verib. Bu səhər Türkiyə vaxtı ilə səhər 04:45-də baş vermiş zəlzələ xofundan qorxuya düşən sakinlərdən bəziləri özlərini  pəncərədən atıb. 

*** Türkiyədə baş vermiş güclü zəlzələ qurbanlarının sayı durmadan artır. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  Türkiyənin Fövqəladə Hallar Nazirliyi günorta saatlarında həlak olanların sayının 57  nəfərə yaralıların isə 74-ə çatdığını bildirib. Gün ərzində Elazığ bölgəsində bir nesə güclü yeraltı təkanların təkrarlanması müşahidə olunub. Prezident Abdullah Gül baş vermiş təbii fəlakətlə əlaqədar dövlətin səfərbər olduğunu bildirib. Baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanların ailələrinə başsağlığı verən Gül çox sayda insanın həlak olması və yaralanması barədə xəbərləri üzüntü  içində qarşıladığını deyib. Baş nazir Rəcəb Tayyib Ərdoğan dövlət naziri Cəmil Çiçəyi və bir neçə naziri şəxsi təyyarəsi ilə Elazığ vilayətinə göndərib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir