Modern.az

Səfər Əbiyevin evinin qarşısında aksiya keçiriləcək

Səfər Əbiyevin evinin qarşısında aksiya keçiriləcək

6 Mart 2013, 12:40

Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi martın 9-na Ədliyyə Nazirliyinin binası və müdafiə naziri Səfər Əbiyevin evi qarşısına piketlər təyin edib. Bakı Şəhər İcra hakimiyyətinə rəsmi müraciət olunub.

Aksiyalar zabitlərə istifadə olunmamış məzuniyyətə və cəbhəyanı zonada xidmətə görə ödənişlərin verilməməsi şikayətləri üzrə məhkəmə qərarlarının icrası tələbi ilə keçirilir. “Turan” xəbər verir ki, piketlərdə “Məhkəmə qətnamələri icra edilsin!”, “Pul kompensasiyaları ödənilsin!”, “Səfər Əbiyevin xaricə çıxışına qadağa qoyulsun!”, “Məhkəmə hakimiyyətini iflic edən məmurlara ar olsun!” şüarları səsləndiriləcək.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir