Modern.az

Depardyenin Qroznıda qanunsuz ev aldığı iddia olunur

Depardyenin Qroznıda qanunsuz ev aldığı iddia olunur

6 Mart 2013, 13:10



Rusiyanın Novosibirsk vilayətinin sakini Rostislav Antonov Rusiya Federasiyası məhkəməsini Fransa vətəndaşlığından imtina eləmiş məşhur fransız aktyor Jerar Depardyeyə Qroznıda verilən evin qanuni olub, olmadığını yoxlamağa çağırıb.

Modern.az bildirir ki, o özünün sosial şəbəkədəki səhifəsində dövlət tərəfindən mənzil verilməsi haqda olan qanun məcəlləsini paylaşıb. Qanuna görə, belə evlər yalnız  aztəminatlı vətəndaşlara verilə bilər. Jerar Depardye isə aztəminatlı deil.

Bunun cavabında isə Çeçenistanın başçısının mətbuat xidmətinin rəisi Alvi Kərimov bildirib ki, Depardyeyə Qroznıda verilən ev tam qanunidir.  Onun sözlərinə görə, Jerar Depardyeyə verilən mənzil qeyri-budcə  gəlirləri hesabına tikilib və bələdiyyə əmlak deyil. Bu səbəblərdəndə məşhur aktyora verilmış ev tam qanunidir.

Xatırladaqki daha əvvəl Depardyenin Çeçenistana səfəri zamanı Ramazan Kadırov ona "Qroznı Siti " yaşayış kompleksinin 27-ci mərtəbəsində 5 otaqlı mənzil həfiyyə edib.

Günəş FƏRHADLI  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı