Modern.az

Azərbaycanlı tələbələrin döyülməsi AVRONEST-də müzakirəyə çıxarılacaq

Azərbaycanlı tələbələrin döyülməsi AVRONEST-də müzakirəyə çıxarılacaq

Təhsil

6 Mart 2013, 13:19

“Bu məsələ bizim hüquq müdafiə təşkilatlarının sırf nəzarətində olmalıdır. Çox ciddi hüquq pozuntusu olduğunu nəzərə alaraq, biz məhkəmənin, ümumiyyətlə istintaqın gedişini əvvəldən axıra qədər izləməliyik”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin üzvü Azay Quliyev Fransada iki azərbaycanlı tələbənin döyülməsinə münasibət bildirərkən deyib.

A.Quliyevin sözlərinə görə, zorakılıq etmiş şəxslər beynəlxalq hüquq normalarına və Fransa qanunlarına görə, ən azı cəzaya məhkum olunmalıdırlar.
“Hesab edirəm ki, parlament üzvlərinin təhriki ilə iki nəfər azərbaycanlı tələbənin yalnız həqiqət söylədiyinə görə döyülməsi, fiziki zorakılığa məruz qalması ən böyük qanun pozuntusudur. Fransa özünü demokratiyanın və insan haqlarının beşiyi hesab edir. Cinayət törədən insanlara heç bir halda güzəşt olunmalı deyil və ağır cəza çəkməlidirlər. Eyni zamanda,  çox ciddi hüquq pozuntusu baş verdiyinə, ortada məhz Fransa parlamentarilərinin iştirakı və təhriki olduğuna görə, məsələyə Fransa parlamenti səviyyəsində münasibət bildirilməlidir. Düzdür, dostluq qrupu münasibət bildirib, amma o yetərli deyil. Bizdə bir hadisə olan kimi Avropa Parlamenti qətnamə qəbul edir, Avropa Şurası buna reaksiya verir. Bu məsələ ən azından Avropa Parlamentinin komitələrində və yaxud da siyasi qruplarda müzakirə olunmalıdır. Biz mart ayının 18-21-də Brüsseldə AVRONEST-in iclasında iştirak edəcəyik. Bu məsələni orada problem kimi qaldıracağıq”-deyə Milli Məclisin üzvü vurğulayıb.

Anar KƏLBİYEV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür