Modern.az

Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşüb

Ərdoğan azərbaycanlı yanğınsöndürənlərlə görüşüb

Aktual

24 İyun 2022, 13:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə Muğla şəhərinin Dalaman hava limanında görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

 

Dövlət başçısı bölgədə davam edən yanğınla bağlı məlumatlandırılıb.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?