Modern.az

Deputat: “Başa düşmürəm, niyə Ağbirçəklər Şurasına kinayə ilə baxırlar?”

Deputat: “Başa düşmürəm, niyə Ağbirçəklər Şurasına kinayə ilə baxırlar?”

Parlament

6 Mart 2013, 13:54

“Ağbirçəklər Şurasının yaradılması və onun sədrliyinə namizəd kimi  Zərifə Quliyevanın adının önə çəkilməsini, eyni zamanda onun səsləndirdiyi təklifləri çox bəyənirəm”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyib. O bildirib ki, belə bir təşkilatın yaradılması çox aktual məsələdir. “Böyük məmnuniyyətlə Modern.az saytında Zərifə Quliyevanın Ağbirçəklər Şurasının yaradılması haqqında təkliflərini oxudum və çox bəyəndim. Bilirsiniz ki, ölkədə Ağsaqqallar Şurası fəaliyyət göstərir, gender bərabərliyi baxımından dövlət dəstəyi ilə belə bir təşkilatın yaradılması çox aktual məsələdir. Ölkədə aktiv vətəndaş mövqeyi ilə seçilən, keçmişdə tanınmış dövlət xadimləri olan, tanınmış yazıçılar, ziyalı qadınlarımız çoxdur. Amma artıq onlar yaşlaşıb pensiya çıxıb və evdə oturublar. Lakin onların potensialı çoxdur və hələ çox böyük işlər görə bilərlər”.

E. Axundova hesab edir ki, belə ziyalı qadınların bu cür təşkilatda birləşib, onların səylərinin ümumilli məsələlərimizin həllinə, cavanların tərbiyəsinə, ümummilli dəyərlərimizin canlandırılmasına yönəltmək çox böyük iş olardı.

“İndi mənəvi dəyələrimiz, böyüyə hörmət, ailədə münasibət-hamısı bir növ tənəzzül, böhran həddinə çatıb. İndiki zamanda ağbirçək, ağsaqqal sözünə millətimizin çox böyük ehtiyacı var. Mən belə təşəbbüsü oxuyanda sevindim ki, Zərifə Quliyeva bu cür məsələləri həm qaldırır, həm də öhdəsinə götürür”.
E.Axundova bəzi KİV və insanlar tərəfindən Ağbirçəklər Şurasının yaradılmasına kinayə ilə yanaşmasını başa düşmədiyini bildirib.

“Axı bu doğurdan da maraqlı ideyadır, ictimai təşəbbüsdür. Biz bütün sağlam ictimai təşəbbüslərə dəstək verməliyik. Zərifə xanım qabiliyyətli insandır, onun təşkilatçılıq qabiliyyəti var. Əvvəllər də, indi də səhiyyədə işləyir. Deməli, böyük potensialı var. Ona görə hesab edirəm ki, həm Zərifə Quliyevanın təklifini, həm bunun özünü elə təşkilata sədr seçməklə biz çox böyük problemləri həll etmiş olarıq və iki əlli bu ideyanı dəstəkləyirəm”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir